Con Qrin

Eyni ulduzun altinda

    Nurcan Rzayeva Qurbanlıhas quoted6 years ago
    Bu qaydadır, əgər çirkin bir oğlan sizə baxırsa, bunu ya ən yaxşı halda qəribə bir vəziyyət, ya da ən pis halda oğraşlıq kimi qəbul edirsiniz. Di gəl ki, oğlan yaraşıqlıdırsa, onda vəziyyət dəyişir.
    Nurcan Rzayeva Qurbanlıhas quoted6 years ago
    Ey Allahım, mənim əlimdə olmayan, dəyişdirə bilməyəcəyim şeylərə görə sənə şükür etməyim üçün sükunət, dəyişdirmək iqtidarında olacağım şeyləri dəyişdirə bilmək üçün cəsarət və bu iki vəziyyət arasındakı fərqi görmək üçün ağıl ver.
    Gunel Najafovahas quoted6 years ago
    Əzab eynilə ipək parça kimidir, möhkəm olduqca qiymətə minir.
    Nergiz M-vahas quoted6 years ago
    Və qəribədir ki, bu dünyada insanların əksəriyyəti azadlığın özündə günah tapırlar.
    Nergiz M-vahas quoted6 years ago
    – “Əzablar və Çətinliklər Olmasa, Xoşbəxtliyin Qiyməti Bilinməz!
    Nergiz M-vahas quoted6 years ago
    Bilirsən, bəzən yaraşıqlı kişilərin əlləri eybəcər olur.
    Nurcan Rzayeva Qurbanlıhas quoted6 years ago
    İnsanlardan qaçmaq, kitab oxumaq və sizinlə vaxt keçirtmək istəyirəm. Çünki, sizi incidə biləcəyim bir şey yoxdur ona görə də icazə verin bu dediklərimi həyata keçirim. Olar?
    Leyla Khalil Rzahas quoted5 years ago
    Su – səhranın ortasında Allahın bəxşişi, okeanın ortasında şeytanın qəhqəhəsi...
    Nergiz M-vahas quoted6 years ago
    — Bütün əzablar hiss edilməkdən zövq alır.
    Nurcan Rzayeva Qurbanlıhas quoted6 years ago
    Qəfildən qərara gəldim ki, mütləq həyatımda hər şeyi hissələrə ayırmalıyam. İndi bütün diqqətimi dairəsi üç nəfər üçün böyük, iki nəfər üçün həddindən artıq böyük olan masaya verməli, süfrənin ortasına qoyulmuş lobya supunu ləzzətlə yeməliyəm. Beynimdəki və çiynimdəki ağrıların, qəlbimdə hiss etdiyim boşluğun gözlə görünməyən bir həqiqət olduğunu və bunların heç birini dəyişdirmək kimi gücə malik olmadığımı kədərlə dərk etdikdən sonra onlara sərf edilən zamanın mənasız yerə küləyə sovurulduğu qərarına gəldim. Üstəlik özümə söz verdim ki, bugündən etibarən həyatımı ən mükəmməl şəkildə yaşamalıyam.
    Intizar Sübhanhas quoted4 years ago
    Ey Allahım, mənim əlimdə olmayan, dəyişdirə bilməyəcəyim şeylərə görə sənə şükür etməyim üçün sükunət, dəyişdirmək iqtidarında olacağım şeyləri dəyişdirə bilmək üçün cəsarət və bu iki vəziyyət arasındakı fərqi görmək üçün ağıl ver.
    Mehdi Ibrahimovhas quoted6 years ago
    – Elə bir məqam yetişəcək ki, hamımız öləcəyik. Hamımız, bir nəfər kimi öləcəyik. Bütün bəşəriyyətdə insanın var olduğunu, onun hər hansı bir iş görüb-görmədiyini xatırlayacaq bircə nəfər də qalmayacaq. Məni, sizi və ya burdakıları demirəm, heç Aristotel və Kloepatranı da xatırlayan olmayacaq. İnsanlığın bu günəcən yaratdığı, tikdiyi, yazdığı, düşündüyü və ya kəşf etdiyi hər şey unudulacaq və bu şeylərin hər biri boşluqla əvəzlənəcək. Bilmirəm, həmin vaxt bəlkə tezliklə gəlib yetişəcək, bəlkə də milyonlarla il sonra olacaq. Ancaq şübhəsiz, Günəşin sönməsindən xilas olsaq da, əbədi mövcud ola bilməyəcəyik
    Mehdi Ibrahimovhas quoted6 years ago
    Səni öldürən silahı dodaqlarının arasına qoyursan, ancaq onu mərmiylə doldurmursan.
    .SG.has quoted4 years ago
    – “Əzablar və Çətinliklər Olmasa, Xoşbəxtliyin Qiyməti Bilinməz!” aforizmi divardan asılmışdı.
    Sanan Mammadlihas quoted5 years ago
    Su – səhranın ortasında Allahın bəxşişi, okeanın ortasında şeytanın qəhqəhəsi...
    Nergiz M-vahas quoted6 years ago
    Xərçəngin hədəfi öz əhatə dairəsini daha da genişləndirməkdir. İnsanları bacardıqları qədər tez ələ keçirmək niyyətindədirlər.
    Mehdi Ibrahimovhas quoted6 years ago
    Öləcəksən və səni xatırlayan olmayacaq
    Mehdi Ibrahimovhas quoted6 years ago
    beynimdəki ağrılar sürətlə divarlara dırmanmağa başlamışdı və deyəsən, ciyərlərim artıq öz funksiyasını dayandırmışdı. Hiss etdiyim ağrı qəfildən artıq şüurumun itdiyini və tədricən ölümə doğru getdiyimi müjdələyirdi. Həmişəki kimi qaranlıq burulğanın dərinliyinə yıxılıb getmədim. Sahilə çıxmışdım və bütün qəzəbli dalğalar üzərimdən keçirdi, ancaq suda boğulmurdum.
    Lala Mehdiyevahas quoted6 years ago
    Adətən təcili yardım məntəqəsində tibb bacıları və ya həkimlər insanın hiss etdiyi ağrını birdən ona kimi bir rəqəmlə ifadə etməyini istəyirlər. Həmin rəqəmə görə veriləcək ağrıkəsicilər müəyyənləşdirilirdi. Bu hiss mənə uzun illər əvvəldən, qəfil nəfəs ala bilmədiyim üçün ciyərlərimdən çıxan alovun qabırğalarımı yandırdığını fikirləşdiyim məqamda anamla atamın məni təcili yardım məntəqəsinə apardıqları gündən tanışdır. Həmin gün tibb bacısı məndən ağrının dərəcəsini soruşanda mən ağzımı aça bilmədiyim üçün doqquz barmağımı göstərmişdim.
    Mənə bəzi ağrıkəsici dərmanlar verəndən sonra tibb bacısı nəbzimi yoxlamışdı və demişdi ki: – Bilirsən, sənin döyüşçü olduğunu necə başa düşdüm? Onluq ağrıya sən doqquz dedin.
    Əlbəttə ki, bu, heç də düzgün deyildi. Mən doqquz demişdim, ona görə ki, on demək haqqımı sonraya saxlamışdım. Bax, həmin möhtəşəm, əzəmətli on indi, burda mənim təkcə yatağımda uzanıb gözlərimi tavana zillədiyim məqamda üstümə çırpılırdı; dalğalar məni əvvəlcə qayalara tullayıb, sonra yenidən dənizə çəkirdi ki, təkrar sahilə doğru hücum çəkən ləpələr amansız qayalara möhkəm çırpa bilsin, sonra isə suyun üzündə arxası üstdə uzanmış vəziyyətdə naməlum boşluğa axıb getdim.
    Mehdi Ibrahimovhas quoted6 years ago
    Bütün əzablar hiss edilməkdən zövq alır.
fb2epub
Drag & drop your files (not more than 5 at once)