Bernhard Şlink

Qiraətçi

Çağdaş alman yazıçısı Bernhard Şlinkin «Qiraətçi» romanının (1995) fenomenal uğurunu Patrik Züskindin ondan on il qabaq nəşr edilmiş "Ətriyyatçı" romanı ilə müqayisə eləmək olar. «Qiraətçi» dünyanın qırxdan çox dilinə çevrilərək beynəlxalq bestseller olub, Avropa və Amerikanın ən sayılıb-seçilən mükafatlarını qazanıb.
Professor ailəsindən olan on beş yaşlı oğlanla yaşlı qadın arasında qəfildən tutuşan eşq romanı elə qəfildən də həmin qadının şəhərdən xəbər-ətərsiz yoxa çıxmasıyla qırılır. Səkkiz il sonra, hüquq fakültəsinin sonunju kursunda oxuyan oğlan onu yenidən — nasist jinayətkarlarına qarşı keçirilən məhkəmə prosesində qadın konslagerinin keçmiş nəzarətçiləri arasında görür.
174 printed pages
Copyright owner
Qanun Nəşriyyatı

Impressions

    M.Vəlizadəshared an impression4 years ago

    Anlaya bilmədim bu kitabda niyə c hərfləri j kimi yazılıb? Elə bil ucqar dağ kəndindən gələn birinin dilindən danışılan heykayəyə qulaq asırsan. Tərcüməni heç bəyənmədim.

    Tural Huseynlishared an impression5 years ago
    👍Worth reading
    🚀Unputdownable

    Təsirli və mənalıdır. Gözlənilməz sonluq isə insanın hisslərinə toxunur.

    P.S. Kinosuna baxmaq lazımdır.

    Şəfiqə Babayevashared an impression5 years ago
    🚀Unputdownable

    "Xəz paltolu madonna" -dan sonra oxuduğum bütün kitablardan ən təsirlisi.

Quotes

    Tural Huseynlihas quoted5 years ago
    Qaçış yalnız nədənsə uzaqlaşmaq deyil, eyni zamanda nəyəsə yaxınlaşmaqdır.
    Şəfiqə Babayevahas quoted5 years ago
    Qaçış yalnız nədənsə uzaqlaşmaq deyil, eyni zamanda nəyəsə yaxınlaşmaqdır.
    b9151418340has quoted4 years ago
    Hərdən mənə elə gəlirdi ki, atamın ailəsi olsaq da, onun üçün ev heyvanlarından elə də fərqlənmirik. Məsələn, gəzməyə çıxarılan iti və ya oynayıb əzizlədiyin, sonra da tumardan dizinin üstündə yumrulanıb yatan pişiyi düşünürəm – bu kiməsə xoş gələ bilər, hətta kimin üçünsə bu olduqja vajib məsələdir. Heyvana yem almaq, batırdığıyeşiyi təmizləmək, veterinara aparıb-gətirmək anjaq heyvansevərlərə asan görünən bir işdir. Lakin həyat, hardasa başqa bir yerdə idi.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)