bookmate game
Aleksandr Belyayev

Professor Douelin başı

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
1926-cı ildə «Vsemirnıy sledopıt» jurnalında dərc olunmuş «Professor Douelin başı» romanı dərhal oxucuların rəğbətini qazandı. Yazıçının bu ilk irihəcmli əsəri öz dövrü ilə çox gözəl səsləşirdi; çünki bu vaxt alimlər romanda göstərilən, hələlik əfsanə təsiri bağışlayan hadisəylə əlaqədar heyvanlar üzərində elmi tədqiqatlar aparırdılar. 1928-ci ildə Leninqradda təcrid olunmuş bədən üzvlərinin cana gətirilməsi təcrübələri keçirilirdi.
«Leninqrad tibb institutunda romanın qarşıya qoyduğu elmi problem professor və müəllimlərin iştirak etdikləri tələbə mühazirəsində müzakirəyə qoyulmuşdu» — deyə müəllif sonralar xatırlayırdı.
Hələ XIX əsrdə Braun Sekarın apardığı yarıunudulmuş diriltmə təcrübələrindən az adamın xəbəri vardı. Sovet həkimləri Bryuxonenko, Petrov və Çeçulin bu sahədə xeyli sonra işə başladılar.
Kitabın əhatə etdiyi elmi problem professor Neqovskini son dərəcə maraqlandırırdı. Bu həmin o Neqovski idi ki, uzun illərdən sonra dünya təbabətində ilk dəfə olaraq klinik ölüm keçirmiş ağır yaralını diriltmişdi…
This book is currently unavailable
176 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Ruslan Rüstəmzadəshared an impression4 years ago
    👍Worth reading
    😄LOLZ
    💧Soppy

    Və ən gözəl yeri:
    Kernin kabinetindən atəş səsi eşidildi.

  • günelshared an impression7 years ago
    👍Worth reading
    💡Learnt A Lot
    🚀Unputdownable

    Elmi-fantastika janrına aid olanan maraqlı bir kitab idi.

  • Suleyman Bayramovshared an impression5 years ago
    👍Worth reading
    😄LOLZ

    Çox ferqli oxuduqca sıxılmayacağınız bir kitabdır

Quotes

  • Ruslan Rüstəmzadəhas quoted4 years ago
    — Susmağı bacarırsınızmı? Bütün qadınlar boşboğaz olurlar. Siz qadınsınız — bu heç məni açmır. Siz gözəlsiniz — bu isə daha betər.

    — Axı bunun işlə nə əlaqəsi?..

    — Çox sıx əlaqəsi var. Gözəl qadın, qadın olduğunu daha çox hiss edir. Bu isə qadına məxsus qüsurlara ikiqat malik olmaq deməkdir. Sizin əriniz, nişanlınız, yaxud da dostluq etdiyiniz bir adamınız ola bilər. Onda bütün sirlər aləmə yayılar.
  • Ruslan Rüstəmzadəhas quoted4 years ago
    Sonra birdən Mari çiyinlərini, dizlərini qucaqladı, əlini sinəsinə çəkdi, barmaqlarını saçlarına keçirib pıçıldadı:

    — İlahi! Mən nə qədər xoşbəxtəm! Mənim imkanlarım nə hüdudsuzdur! Mən nə dövlətliyəm! Mən bunu bilmir, hiss etmirdim!
  • Mir Alihas quoted8 years ago
    bu şəhər hər gün insan qurbanı tələb edən müasir dava allahıdır

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)