Cek London

Ağ diş Povest

Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur. Bu əsərdə ədib öz fikirlərinə də yer vermişdir. Bu isə «Ağ diş"i oxunaqlı edən amillərdən biridir. Cek London bu əsəri ilə demək istəyir ki, heyvanla insan arasında fərq yoxdur. Yəni heyvanda insan kimi şüura sahibdir, düşünür əv hər bir hissi duya bilir. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir.
225 printed pages

Impressions

    Bəhlul Vəliyevshared an impression5 years ago
    👍Worth reading
    🙈Lost On Me
    💞Loved Up

    Jack Londonun 3 cü əsəridi bu oxuduğum və bir daha əmin oldumki bu adam bir dahidi.
    Kitabın ilk cümləsindən son cümləsinə qədər həyəcan olan bir əsərdi. Harda nə olacağını təxmin eləmək olmur. Kitabı birdəfə oxumağa başladınmı bir daha buraxmaq istəmirsən. Hər kəsə məsləhət görürəm. Hər halda oxumasanız çox şey itirərsiniz.

    Ruslanshared an impression5 years ago
    👍Worth reading
    🙈Lost On Me
    🔮Hidden Depths
    💡Learnt A Lot
    🎯Worthwhile
    💞Loved Up
    🚀Unputdownable

    Bir daha əmin oldum ki, Cek London dahi yazıçı olub. Bir heyvanın hisslərini düşüncələrini təsəvvür etmək belə çətin ikən, onu canlandırmaq və əsərə çevirmək sadəcə dahi adamın bacara biləcəyi bir işdir!
    PS: Bu qədər orfoqrafik səhvi balaca uşaq istəsə buraxa bilməzdi! Əsər mütləq yenidən redaktə olunmalıdır!

    gultekinvaqiflishared an impression4 years ago
    💧Soppy

    Çox qarışıq duyğular yaşadım kitabı bitirənə qədər. Oxumağa dəyər bir kitabdı hamıya tövsiyyə edirəm😊

Quotes

    Əminə Abbasovahas quoted6 years ago
    sakitlik pozuldu. Uzaqdan zəif bir ulartı gəldi. Səs get-gedə
    Vusala Mammadovahas quoted6 years ago
    insan dünyanın ən yırtıcı məxluqudur!
    b6553799832has quoted10 months ago
    Cek London
    Ağ diş Povest

    Birinci hissə

    VƏHŞİ

    1

    YEMƏK HƏSRƏTİNDƏ

    Donmuş çayın hər iki sahili boyu qalın küknar meşəlikləri uzanırdı. Bir az əvvəl külək ağacların yarpaqlarındakı qarı çırpmışdı və indi onlar bir-birinə söykənərək ala-toranlıqda daha məşum görünürdülər. Ətrafı dərin sükut bürümüşdü. Heç bir əhyat nişanəsi

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)