az

Lasha Bugadze

    b5100845609has quoted2 years ago
    Sadəcə düşünürəm ki, nihilizmin əsasını təşkil edən bir səbəb var, o da ondan ibarətdir ki, gürcü xalqı heç bir siyasi qüvvənin timsalında real qüvvə görmür... xeyri yoxdur... yalnız özünü fəda etsən, sənə inanıb arxanca gələ bilərlər...
    b5100845609has quoted2 years ago
    – Belə bil sorğuya ehtiyac da yoxdur. Sorğusuz da bəllidir: bu gün kimə lazımdır yazıçı?! Bunlar nə yaza bilərlər ki, insanlar onu ya görmüş, ya da eşitmiş olmasınlar? Əlinizdən bir iş gəlirsə, bizim arxamızca gəlib, bizə kömək etməlisiniz. Məsələn, sən yaxşı hürürsən, – Qaqa bayaq ünvanıma dediyi komplimentini təkrarladı, – sənin bir hürməyin, yazacağın min səhifəlik kitabdan üstün və gərəklidir. Min səhifəlik kitaba qalsa, qadası, indi Tolstoyu belə oxumağa nə içimdə həvəs tapa bilirəm, nə də macal.
    – Kütlənin səsi, – dedim.
    b5100845609has quoted2 years ago
    “Bu Şevardnadzedir, bala”, dedi nənəm və yolu, Şevardnadze ilə görüşdən sonra üzünə qonan təbəssümlə davam etdi. Əslində, guya nənəmin də ondan xoşu gəlmirdi. Şevardnadzenin aşpazı Liana Ğlonti bizim qonşumuz idi. “Az, onun yeməyinə bir şey qatsana,” – hamı ona yarızarafat, yarıciddi məsləhət görürdü. “Məsələ bundadır ki, onun üçün bişirdiyim təamları əvvəlcə mənim özümə yedirdirlər, yalnız bundan sonra həmin yeməklər onun stoluna gedir”, –
    b8521288055has quoted2 years ago
    yaşadığı zaman və məkan arzu olunan gerçəkliyin ölçülərinə uyğun gəlmədiyindən hər şey parodiyaya çevrilir...
fb2epub
Drag & drop your files (not more than 5 at once)