az

Lasha Bugadze

Books

Quotes

b5100845609has quoted2 years ago
İştirakçı qızlardan biri mikrofona danışarkən səmimiyyətlə etiraf elədi ki, doqquzuncu sinfə qədər elə bilirdim, yazıçı mütləq ölmüş olmalıdır.
b5100845609has quoted2 years ago
Əslində yazıçı sözü ilə sevgi sözü bir-birindən xeyli uzaq düşmüşdü, çünki gürcü ədəbiyyatçısı əksər hallarda qəzəbli və aqressiv olurdu. Reytinqlərini qaldırmaq istəyən televiziyalar tez-tez Yazıçılar Birliyinə baş çəkirdilər. Ordakı çəkişmələrin son ucu görünmürdü. Yüzlərlə tanınmayan yazıçı burada toplaşıb, bir vaxt əhəmiyyətli, hazırdasa əhəmiyyətini itirmiş, amma köhnə cazibəliyini və sakrallığını özündə saxlamış ədəbi vəzifələr uğrunda döyüşürdülər. Vəzifə davası bütün davalar kimi televiziya tamaşaçısını özünə cəlb edə bilirdi. Prezident Şevardnadze yazıçıları öz ziyalı dəstəsi hesab edir, onları, dövlətin onsuz da kasıb büdcəsindən cüzi miqdarda məbləğlə maliyyələşdirirdi. Bunun sayəsində yazarlar və şairlər birliyin binasının arxa həyətində təsərrüfat işləri ilə məşğul olmaq imkanı əldə edirdilər. Binanın içinə buraxılan yazıçılar deyirdilər ki, arxa həyətdə xiyar-pomidor yetişdirirlər, bir az arxada toyuq-cücə saxlayan da var; hətta arada çoşqa səsi eşidənlər də olub.
b5100845609has quoted2 years ago
Mənim əksim elə o zaman yarandı. Bir gün gördüm ictimailəşdirilmiş əksim televizorda çıxış edib özü barədə, peşəkar vərdişləri haqqında (ancaq şəxsi məsələlərə toxunmadan) danışır, iki gün sonra isə televizoru açanda gördüm ki, bir az da ictimailəşən əksim bu dəfə evlərdə hökm sürən soyuqdan, işıqsızlıqdan və siyasətdən bəhs edir.

Impressions

b6040247484shared an impressionlast year
👍Worth reading

Çox xoşuma gəldi. Müəllif Gürcüstan mentalitetini və siyasi prosesləri gözəl təsvir edir. Nəzərə alsaq ki, bizim cəmiyyət də mental cəhətdən müəyyən qədər gürcülərə oxşardır, ona görə kitabın bizim üçün marağı daha da artır... Bəyəndim

  • unavailable
    Lasha Bugadze
    Kichik Olke
    • 93
    • 9
    • 2
    • 5
    az
  • fb2epub
    Drag & drop your files (not more than 5 at once)