Qorxursan ki, yenə də bir şəxs həyatına daxil olacaq, sonra da özü ilə hər şeyi aparıb gedəcək. Sənə belə etmərəm, əzizim. Mən də sənin kimi uzun müddətdir ki, tənhayam və sevgidə böyük itkilər vermişəm. Bir-birimizdən nə isə almağımızı istəmirəm.
b3463777091has quoted2 years ago
əgər mənim onsuz da çətin olan vəziyyətimin daha da ağırlaşacağını əvvəlcədən görmək bacarığım olsaydı, yəqin ki, o gecə rahat yata bilməzdim. Amma çətinliklərlə dolu keçən yeddi aydan sonra ərimi tərk edə bildim. Bu qərara gələndə ən böyük çətinliklərin arxada qaldığını düşünürdüm. Bu isə mənim boşanma barəsində nə qədər az məlumatlı olduğumun göstəricisiymiş
b3463777091has quoted2 years ago
yediyim ilk yemək elə də xüsusi deyildi: Qaynadılmış ispanaq və sarımsaq qarniri ilə təqdim edilən pasta (spaghetti carbonara). (Dahi romantik şair Şelli bir vaxtlar İngiltərədəki dostlarından birinə italyan mətbəxi ilə bağlı maraqlı bir məktub yazıb: “Yüksək təbəqədən olan qadınların nə yediyini heç vaxt ağlına gətirə bilməzsən – sarımsaq!”) Bir də ənginarın dadına baxdım. Romalılar ənginarları ilə qürur duyurlar. Sonra ofisiant qadın içində yumşaq pendirlə, qızardılmış balqabaq çiçəkləri (o qədər zərif hazırlanmışdı ki, böyük ehtimalla çiçəklər hələ də budaqlarından qoparıldıqlarını başa düşməmişdilər) olan sürprizi gətirdi. Spagettidən sonra dana ətinin dadına baxdım. Və əlbəttə ki, təkcə mənim üçün olan bir şüşə qırmızı şərab! Zeytun yağı və duzla bir az isti çörək yedim. Desert
Impressions
Günelshared an impression2 years ago
🔮Hidden Depths
💡Learnt A Lot
Hər bir qadın həyatının müxtəlif dönəmlərində bu hissləri yaşayır və zənnimcə hər bir qadın bu kitabı oxumalıdır. Doğru zamanda oxunması daha önəmlidir. Ye,dua et,sev...