Nikolay Pavlenko

  • b4354837047has quoted2 years ago
    Eyni məqsəd daşıyan başqa aktlar da təkvarislik haqqında fərmanı təsbit edirdi. Aktlardan birində hesabı və həndəsəni bilməyən zadəgan övladlarına evlənmək qadağan olundu. Başqa bir akt qvardiya polklarında sıravi əsgər kimi xidmət etməyən zadəganlara zabit rütbəsi almağa icazə vermirdi. Qeyrilərinin yeddi il hərbi xidmətdən, 10 il mülki xidmətdən, yaxud 15 il ticarətlə məşğul olduqdan sonra malikanələr əldə etmək ixtiyarı var idi. Heç yerdə xidmət etməyənlərə və ticarətlə məşğul olmayanlara “ölən günədək” kənd almaq qadağan edilirdi.
    Pyotr zadəganları xidmətə cəlb etmək üçün daha bir vasitəyə əl atmışdı. O, vaxtaşırı baxışlar keçirirdi. Bəzən bu məqsədlə müəyyən zadəgan qrupları çağırılırdı. Məsələn, 1713-cü ildə əvvəlki iki il ərzində xidmətə gəlməmiş fərari zadəganlar üçün baxış təyin olunmuşdu. 1714-cü ildə 13 yaşında və 13 yaşından yuxarı zadəgan övladları çağırılmışdılar. İlk baxış ümumi xarakter daşıyırdı. Yaşından və tutduğu vəzifədən asılı olmayaraq, bütün zadəganlar baxışa gəlməli idilər. Birinci baxış – onun barəsində heç bir sənəd qalmamışdır – 1715-ci ildə keçirilmişdi. Başqa bir baxış 1721-ci ildə təşkil edilmişdi. Onun barəsində formaca yeknəsəq olan çoxlu anket qalmışdır. Həmin anketlər indiyədək öyrənilməmişdir.
  • b4354837047has quoted2 years ago
    kvadan yola düşdü. Kolomnada Apraksin, Tolstoy, habelə arvadı Yekaterina Alekseyevna ona qoşuldular. İmperator yaxın adamları ilə birlikdə Kolomnadan su yolu ilə Həştərxana getdi, oradan isə iyulun 18-də piyada qoşunlarına başçılıq edərək, gəmilərlə Xəzər dənizinə yollandı. Yürüşdə 5 min matros, 22 min piyada, 9 min süvari, habelə qeyri-nizami qoşunlar iştirak edirdilər. Süvari dəstəsi cənuba quru yolla, dəniz sahili boyunca çapırdılar.
    Pyotr Senata yazdığı məktubda öz yürüşünü belə təsvir edirdi: “Biz Həştərxandan Terekə qədər, Terekdən isə Aqraxana qədər dənizlə gəldik; oradan fərmanlar göndərdik, sahilə çıxıb, uzun müddət süvari dəstəsini gözlədik. Süvari dəstəsi yolu boyu susuzluqdan və keçidlərin pis vəziyyətdə olmasından çox əziyyət çəkmişdi”.
    Sonra xırda toqquşmaların zarafatyana təsviri verilir. Avqustun 23-də Dərbəndin naibi (canişini) şəhərin açarını Pyotra təqdim etdi. Məktubun axırında yürüşün şəraitinə ümumi qiymət verilir: “Yürüş uzaqları əhatə etməsə də, atların yemi olmadığından və havaların dözülməz dərəcədə isti keçməsi üzündən qarşıya hədsiz çətinliklər çıxır”. İsti o qədər şiddətli idi ki, Pyotr uzun saçlarını qısaltmağa vadar olmuşdu. Onun kəsilmiş saçlarından sonra parik düzəldildi. Həmin parik “Pyotrun mum fiqurunun başına qoyulmuşdur. Fiqur Ermitajda saxlanır.
  • b4354837047has quoted2 years ago
    kvadan yola düşdü. Kolomnada Apraksin, Tolstoy, habelə arvadı Yekaterina Alekseyevna ona qoşuldular. İmperator yaxın adamları ilə birlikdə Kolomnadan su yolu ilə Həştərxana getdi, oradan isə iyulun 18-də piyada qoşunlarına başçılıq edərək, gəmilərlə Xəzər dənizinə yollandı. Yürüşdə 5 min matros, 22 min piyada, 9 min süvari, habelə qeyri-nizami qoşunlar iştirak edirdilər. Süvari dəstəsi cənuba quru yolla, dəniz sahili boyunca çapırdılar.
    Pyotr Senata yazdığı məktubda öz yürüşünü belə təsvir edirdi: “Biz Həştərxandan Terekə qədər, Terekdən isə Aqraxana qədər dənizlə gəldik; oradan fərmanlar göndərdik, sahilə çıxıb, uzun müddət süvari dəstəsini gözlədik. Süvari dəstəsi yolu boyu susuzluqdan və keçidlərin pis vəziyyətdə olmasından çox əziyyət çəkmişdi”.
    Sonra xırda toqquşmaların zarafatyana təsviri verilir. Avqustun 23-də Dərbəndin naibi (canişini) şəhərin açarını Pyotra təqdim etdi.
  • b4354837047has quoted2 years ago
    kvadan yola düşdü. Kolomnada Apraksin, Tolstoy, habelə arvadı Yekaterina Alekseyevna ona qoşuldular. İmperator yaxın adamları ilə birlikdə Kolomnadan su yolu ilə Həştərxana getdi, oradan isə iyulun 18-də piyada qoşunlarına başçılıq edərək, gəmilərlə Xəzər dənizinə yollandı. Yürüşdə 5 min matros, 22 min piyada, 9 min süvari, habelə qeyri-nizami qoşunlar iştirak edirdilər. Süvari dəstəsi cənuba quru yolla, dəniz sahili boyunca çapırdılar.
    Pyotr Senata yazdığı məktubda öz yürüşünü belə təsvir edirdi: “Biz Həştərxandan Terekə qədər, Terekdən isə Aqraxana qədər dənizlə gəldik; oradan fərmanlar göndərdik, sahilə çıxıb, uzun müddət süvari dəstəsini gözlədik. Süvari dəstəsi yolu boyu susuzluqdan və keçidlərin pis vəziyyətdə olmasından çox əziyyət çəkmişdi”.
  • b4354837047has quoted2 years ago
    ədim Yunanıstan elmlərin məbədi sayılırdı. Ancaq taleyin hökmü ilə oradan didərgin düşənlər İtaliyada özlərinə sığınacaq tapdılar, sonra isə Avropanın hər yerinə səpələnilər. Polşaya da gedib çıxdılar. Əcdadlarımız avam olduqlarından onları vətənimizə buraxmadılar və biz əvvəlki kimi cəhalət içərisində yaşamaqda davam etdik. Əvvəllər bütün alman və polyak xalqları da belə bir vəziyyətdə yaşamışdılar. Lakin onların mahir və ağıllı hökmdarlarının böyük səyləri sayəsində bu xalqların gözləri açıldı və onlar özləri qədim zamanlarda, yalnız Yunanıstanın öyünə bildiyi elmləri və sənətləri o biri xalqlara öyrətməyə başladılar. İndi də bizim növbəmiz gəlib çatmışdı. Bunun üçün gərək səmimi-qəlbdən və danışıqsız mənim niyyətlərimi həyata keçməsinə kömək edəsiniz, itaətkar olasınız, zəhmətə qatlaşasınız. Latın kəlamında deyildiyi kimi: “İbadət edin və zəhmətdən qorxub çəkinməyin”.
fb2epub
Drag & drop your files (not more than 5 at once)