– Skripla səsindən də xoşunuz gəlmir? – deyə o, narahatlıqla soruşdu.
– Baxır ifaya, – cavab verdim. – Yaxşı ifa, Allah vergisidir, pis isə...
– Onda hər şey qaydasındadır, – o, şən halda gülüb dedi. – Məncə, işi həll olunmuş hesab etmək olar, əlbəttə ki, otaqları bəyənsəniz.
– Nə vaxt baxacağıq?
– Sabah günorta saat on ikidə mənim yanıma gəlin, birlikdə gedib hər şeyi razılaşdıraq.