– Əlbəttə, sizlər gərək savaşasınız. Çünki bu məmləkətin bütün xeyrini siz görürsünüz. Bizsə ögeyik. Pul, məqam, hörmət, rahat yaşayış sizlərindir. Amma mənim uşağım kimi istedadlı, bacarıqlı, dərs oxuyan, təhsilini davam etmək, işləmək istəyən uşaqların bu ölkədə haqqı yoxdur.