Əjdər Ol

Canlı lətifələr, əhvalatlar, deyimlər

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Bobby Marleyhas quoted8 years ago
    Musiqiçilər Ağdama gedərkən Fikrət Əmirovla Qara Qarayev tərəfdarları arasında iki məhşur bəstəkardan hansının daha üstün olması barədə mübahisə başlayır və mənzil başına qədər davam edir.
    Ağdamda qonaqlıqda süfrəyə aş gəlir. Habil Əliyev mübahisə edən sənət yoldaşlarına eyhamla deyir:
    — Süfrənin Fikrəti (aşı) gəldi, bəs Qarası (qarası) hanı?
  • Bobby Marleyhas quoted8 years ago
    Xanəndə Xan Şuşinskini Kommunist partiyasına keçirmək istəyirlər. Nə sual verirlər cavabsız qalır. Axırda soruşurlar:
    — Böyük Oktyabr İnqilabı nə vaxt olub?
    Xan Şuşinski gileylənir:
    — Oktyabr inqilabı elə hər il olur, özü də bizi aparıb havayı oxutdururlar.
  • Vusala Mammadovahas quoted7 years ago
    Ölkə Prezidenti Heydər Əliyev növbəti dəfə teatr tamaşasına baxmağa gəlir. Tamaşanın başlanmasına bir saat qalıb. Eldəniz Zeynalov əsəbi halda var-gəl edir. Soruşurlar: recissor Nə olub, niyə qanın qaradır?
    Aktyor cavab verir:
    — Nə olacaq, qızları görmürsüz, hamısının boyun-boğazı, barmaqları qızılnan, brilyantnan doludu. Bir-birinin bəhsinə bəziləri hətta gedib prokata (kirayəyə) götürüb.
    — Qoy geyinsinlər də, ölkə Prezidentinin teatra gəlişi bayramdı.
    Eldəniz Zeynalov deyir:
    — Alə, qərdeşim, Prezident görəcək bunlar hamısı qızıla-brilyanta tutulub, elə biləcək hamımız yaxşı dolanırıq. Maaşdarı artırmayacaq.
  • Vusala Mammadovahas quoted7 years ago
    ƏLİSƏMİD

    Şair Əlisəmid Kürlə Yazıçılar İttifaqında Bədii ədəbiyyatı təbliğ bürosunda işləyirdik. Onda Əlisəmid İçərişəhərdə yaşayırdı. Şair Tofiq Qaraqaya hər gün iş yerimizə gəlib ona təklif edirdi ki, gəl, səhərlər dəniz qırağında qaçaq, siqareti, içkini ataq, bədənimizi möhkəmləndirək və s.
    Hər dəfə Əlisəmid bu təklifdən sonra üzünü turşudub, susurdu və siqaretə cumurdu. Bir dəfə Tofiq yenə həmin təklifini təkrar edəndə, Əlisəmid partladı:
    — Tofiq, bəsdir də, atam xəstə, anam xəstə, bir qardaşım türmədə, biri dəlixanada. Özüm də arvadımdan təzə ayrılmışam. Tanış-bilişin biri görüb deməz ki, ay filan-filan, hansı gününə qaçırsan?!
  • Vusala Mammadovahas quoted8 years ago
    1920-ci il Aprel çevrilişindən sonra Bakıda Əli Bayramov adına qadınlar klubu açılanda bir nəfər bakılı Azərbaycan Mərkəzi İcraiyyə komitəsinin sədri Səməd Ağamalıoğlunun yanına şikayətə gəlib deyir:
    — Ağa, hökümətüvüz neftimizi əlimizdən aldı, dinmədük, vardövlətimizi əlimizdən aldı, dinmədük, indi də arvadlarımızı kluba yığıb namusumuzu əlimizdən almaq istəyirsüz?
    Səməd Ağamalıoğlu əsasına söykənib acıqlı-acıqlı ona belə cavab verir:
    — Alə, neftüvüz əldən getdi, dinmədüz, var-dövlətüvüz əldən getdi, səsüvüz çıxmadı, namusuvuz basılmasın deyə arvadlarınızı bir yerə yığıb savadlandırmaq istiyirik, buna danışırsuz?!
  • Vusala Mammadovahas quoted8 years ago
    UZAQGÖRƏNLİK

    1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətini təslim etmək barədə bolşevik deputat Həmid Sultanovun ultimatumu parlamentdə müzakirə olunanda qalmaqal düşür. Digər bolşevik deputat Əliheydər Qarayev Cümhuriyyətin rəhbəri Məmmədəmin Rəsulzadənin üstünə çımxırır:
    — Razılaşmasan, gözlərini çıxardaram!
    Məmmədəmin Rəsulzadə təəssüflə cavab verir:
    — Sən bütün millətin gözlərini çıxartdın!
    Əliheydər Qarayev salona üz tutur:
    — Səsini çıxardanı gülləbaran edəcəyəm!
    Məmmədəmin Rəsulzadə deyir:
    — Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər, “tovarişlər” (“yoldaşlar”– bolşevik müraciəti) səni güllələyəndə məni xatırlayarsan!
    Doğrudan da 1937-ci ildə Həmid Sultanovu, Əliheydər Qarayevi və digər onunkimiləri öz silahdaşları güllələdilər.
  • Bobby Marleyhas quoted8 years ago
    Bir qıçı protez olan balabançalan Çingiz Habil Əliyevlə kəndə toya gedibmiş. O zaman toylar iki gün olardı. Birinci gün toyu yola verəndən sonra musiqiçilər yeyib-içməyə başlayırlar. Çingiz o qədər içir ki, sərxoş olur. O qədər danışır ki, yorğun musiqiçi yoldaşlarını yatmağa qoymur. Axırda Habil Əliyev onun protezinə işarə edərək deyir:
    — Çingiz, yorulmuşuq, dur, sökül, yataq!
  • Kazim Kazimovhas quoted5 years ago
    Xanəndə İldırım Həsənov Habil Əliyevə deyir:

    — Səhərdən şəhəri ələk-vələk eləyib nəvəmə körpə yeməkləri axtarıram. Gəlinimin südü kəsilib. Əşşi, indiki arvadlar arvaddır? Gülsaranı (arvadını) dörd uşaq, bir özüm, nə qədər əmirdiksə, südü kəsilmirdi.
  • Anar Adilzadehas quoted7 years ago
    Şair İslam Səfərli bir dəfə iki nəfər şair dostu ilə oturub ondan-bundan danışırmış. O qədər danışırlar, elə bir məqam yaranır ki, bilmirlər kimdən söz açsınlar. Üçü də susur. Birdən İslam Səfərli sükutu pozur:
    — İndi kimin qeybətini qıraq? Biriniz getsəydi, dalınca danışardım!
  • Anar Adilzadehas quoted7 years ago
    Görkəmli alim Xudu Məmmədov yaxşı oxuyan tələbələrinə tez-tez deyərmiş:
    — Pis oxuyan yoldaşlarınıza da bir şey öyrədin, gələcəkdə müdirləriniz olacaqlar.
fb2epub
Drag & drop your files (not more than 5 at once)