Daniel Keyes

Elcernon üçün çiçəklər

Müasir fantastikanın qızıl fonduna daxil olan
romanda hər şeydən öncə son dərəcə maraqlı bir əhvalatla qarşılaşan oxucu əsərin qəhrəmanının
yaşantılarıyla çox yaxından tanış olur. Ağıldankəm
Çarlinin cərrahiyyə əməliyyatı nəticəsində dahiyə
çevrilməsi, ondan imtina edən valideynləri, bacısı
ilə görüşü, yaşadığı eşq macərası əsərdə olduqca
maraqlı və orijinal tərzdə təsvir olunub. Yazıçı adi,
bir az da kəmağıl Çarlinin səmimi, kövrək duyğularını
məşhur Çarlinin iti ağlı, yüksək intellekti,
dəmir məntiqi və soyuq mühakimələriylə üz-üzə
qoyur, cəmiyyətin kəmağıl və dahi insana fərqli
münasibətinin psixoloji məqamlarını açır.
247 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

    Faduniyashared an impression5 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    🎯Worthwhile
    🐼Fluffy

    Nə böyük kədərlə bitirdim kitabı... Hər kəsə tövsiyyə edirəm. Oxuduqdan sonra, bəlkə də , çox şey haqda bir daha düşünəcəksiniz...
    Kitab elə yazılıb ki, oxucunun Çarlinin düşündükləri haqda düşünməməsi , onun hisslərini hiss etməməsi sadəcə mümkünsüzdür.

    -Niyə hamı insana çevrilməyə başladığımı üzümə vurur ? Mən həmişə, cərrahın bıçağı altına düşməmişdən qabaq da insan idim... Mən insanam... Sevməliyəm.

    -Əvvəl məndən axmaqlıq və səfehliyə görə zəhlələri gedirdi , indi isə ağıl və biliyə görə nifrət edirlər. Allahım, bunlar məndən nə istəyir ?

    -Xatirələr fotolar olsaydı nə yaxşı olardı. Onları cıra bilərdim.

    -İnsani hisslərdən mərhum çılpaq biliklər bir qara qəpiyə dəyməz.

    -Çarli beynimin pərdəsini aralamğımı istəmir, onun arxasında nə gizləndiyini bilmək istəmir. Yəni , o,Tanrını görməkdən qorxur ? Yoxsa heç nə görməyəcəyindən qorxur ?

    M.Vəlizadəshared an impression4 years ago
    👍Worth reading
    🚀Unputdownable
    💧Soppy

    Düzünü deyim,ilk öncə Elcornonun qız olduğunu düşünmüşdüm. Sonra siçovul olduğunu öyrəndim. Bu hissəsi güldürmüşdü məni. Amma oxuduqca çox təsirləndim. Doğurdan da keçmişini unutmaq,ailəndən uzaqda tək qalmaq çox kədərlidi.

    Anar Məmmədovshared an impression6 years ago
    👍Worth reading

    Ela kitabdır kitabın üzün maraqsız hesab edib oxumaqdan imtina edenleredir sözüm. Bu kitabı oxusanız kitabda olan qehramanın yerinde hiss edeceksiniz özünüzü. Hele bir yeri var orasın demirem

Quotes

    Mir Ismail Alihas quoted6 years ago
    insanın özünü dərk etməsi üçün yalnız keçmişi yox, gələcəyi də vacibdir, təkcə olduğu deyil, olacağı yerlər də önəmlidir
    M.Vəlizadəhas quoted4 years ago
    Fağır adama bu dünyada yer yoxdur.
    b4833913510has quoted6 years ago
    Mənim eşitdiyimə görə, saf ağıl öz-özlüyündə heç bir məna kəsb etmir. Bizim universitetdə ağıl, təhsil, bilik – hamısı ilahiləşdirilir. Ancaq mən sizin görmədiyiniz şeyləri də bilirəm: insan duyğularının hopmadığı çılpaq biliklərin bir qara quruş dəyəri yoxdur.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)