Erix Maria Remark

Üç yoldaş

Böyük alman yazıçısı Erix Mariya Remarkın ötən əsrin 30-cu illərində qələmə aldığı “Üç yoldaş” əsərini sevgi haqqında ən gözəl, dostluq haqqında ən maraqlı, insan münasibətləri haqqında isə ən faciəli roman adlandırırlar. Roman yazıçının, demək olar ki, yaradıcılığından qırmızı xətt kimi keçən müharibənin insan həyatına və psixologiyasına vurduğu dəhşətli yaralardan bəhs edir. Əgər ədibin bundan əvvəl yazdığı “Qərb cəbhəsində yenilik yoxdur” romanında səngərlərdə vuruşan, həyatlarını, fiziki sağlamlıqlarını itirən yeniyetmələrin faciələri əks olunmuşdusa, “Üç yoldaş”da davadan sağ çıxmış, yeni, dinc həyata başlayan gənclərin cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir. Adətən itirilmiş nəsil adlandırılan bu nəslin prob­lemlərinə, psixologiyasına Remark çox yaxşı bələd idi. Çünki qəh­rə­man­ları kimi o özü də I Dünya müharibəsinin dəhşətlərindən keçmiş, mü­ha­ribədən sonra həmin problemləri yaşamış, üstəlik, faşizm isterikası döv­ründə ciddi təqiblərlə üzləşmişdi. Bəlkə də sadə təhkiyə tərzinə rəğmən, per­sonajlarının ən dərin psixoloji qatlarına varmaq, onlarla cəmiyyət arasın­dakı münasibətlər sistemində yaranmış uçurumu real, təsirli boyalarla təsvir etməkdə istedadıyla yanaşı məhz bu amil də yazıçıya yaxından kömək etmişdi.
483 printed pages
Copyright owner
Qanun Nəşriyyatı

Impressions

How did you like the book?

Sign in or Register
fb2epub
Drag & drop your files (not more than 5 at once)