Şərif Ağayar

Arıların səssizliyi (hekayələr)

    Mirislam Nazarovhas quoted2 months ago
    Əvvəldən siyasətdən xoşum gəlməyib. İllah da bizim siyasətdən. Bizimkilər ya yaltaqdır, ya da inqilabçı. Elə bil, orta hədd, fərqli rəng yoxdur. Yarısınacan su tökülmüş bardaq misalı. İqtidar dolu yerindən danışır, müxalifət boş yerindən. Həqiqətsə çox sadədir: boşu boş, dolunu dolu görmək!
    Mirislam Nazarovhas quoted2 months ago
    Anam deyir, körpə ikən əmin səni o qədər çox is­tə­yirdi ki, lüt soyundurub, qoynuna salırdı.
    prenseshas quoted5 months ago
    Babamı mən kor eləmişdim. Buna bütün varlığımla inanacaq qədər balaca, vicdan əzabı çəkəcək qədər böyük idim. Belə baxanda, özündə də günah var­dı. Çox əsəbi idi. Evdə üstümüzə qışqırır, bizi da­nış­mağa, oynamağa qoymurdu. Atam ona uzun bir çubuq düzəltmişdi, yatdığı taxtın üstündən evin o ba­şınacan çatırdı. Şuluq eləyəndə həmin sehrli çu­buq bizi hər tərəfdə axtarıb tapır, təpəmizdə bir dəfə “taqqq” eləyərək çəkilirdi. Əli də ağır idi. Vuranda başımızı ovuşdura-ovuşdura qalırdıq.
    Belə vaxtlarda babama
fb2epub
Drag & drop your files (not more than 5 at once)