az
Vilyam Şekspir

Sonetlər

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Xuraman Memmedovahas quoted4 months ago
Nədən yaranmısan, nədir cövhərin?
Sənə milyon gözəl bənzəyir, inan.
Bircə kölgəsi var hər bir bəşərin,
Sən isə hər cürə əks olunursan.
Adonis gözəlmiş deyirlər, hanı?
Solğun bir şəklinə oxşayır qismən.
Yelena mat qoymuş qədim dünyanı,
Sən onun bugünkü, yeni rəsmisən.
Hər xoşbəxt varlıqda olubsan təkrar,
Hər zinət əks edir hüsnünü yalnız.
Səndən gözəlliyi əxz edib bahar,
Səndən səxavəti öyrənib payız.
Bir qəşəng kölgəndir hər gözəl surət,
Öz sadiq qəlbinlə nadirsən fəqət.
Xuraman Memmedovahas quoted2 years ago
Kralına sadiq bir rəiyyət tək

Sənə bildirmək üçün sədaqətimi,

Məktub göndərirəm qəlbən, sevincək

Mən sənin yanına bir səfir kimi.

Sözlərim olsa da kasıb, çıl-çılpaq,

Bəzənəcək gözəl etibarınla.

Qəşəng gözlərindən ziya alacaq,

Yüksələcək ülvi duyğularınla.

Bələdçim — ulduzlar zülmət yollara

Daim şəfəq saçsa, işıq çiləsə,

Bu yoxsul bəxtimi bürüyüb nura

Sənin taleyinə layiq eləsə, —

Bir onda deyərəm sənə eşqimi.

Hələlik saxlaram dəfinə kimi
Xuraman Memmedovahas quoted4 months ago
Ağıl məhəbbətdən yaranır, fəqət
Məhəbbət dərk etmir ağlın sözünü.
Açma qüsurumu, ey gözəl afət,
Günahkar edərsən özün özünü.
Xuraman Memmedovahas quoted4 months ago
Torpağa can verən yaz yağışı tək
Gül hüsnün doydurur ac gözlərimi.
Rahatlıq naminə narahatam bərk
Daş-qaş üstə əsən bir xəsis kimi.
Simic həm öyünər xəzinəsiylə,
Həm də qorxar onu oğurlasınlar.
Göstərməz varını obaya, elə,
Təkcə sevincini eyləyər izhar.
Mən də vüsalınla tapıram şəfqət,
Axır həsrətinlə göz yaşım dən-dən.
Mənə səndən qeyri yoxdur səadət,
Başqa bir xoşbəxtlik keçmir qəlbimdən.
Hərdən şad oluram, hərdən qubarlı,
Mən sənsiz yoxsulam, səninlə varlı.
Xuraman Memmedovahas quoted4 months ago
Torpaqdan və sudan yarandığımdan
Həsrətin qoynunda saralıram mən.
Torpağam, əbədi yerə bağlıyam,
Suyam, göz yaşı tək gərək çağlayam.
Hümbətova ülkərhas quoted5 months ago
məşəlini qoyub yanına

Bir gün eşq Allahı yenə yatırdı.

Bu vaxt ilahələr gəldi yan-yana,

Saflıq könül alıb, kədər satırdı.

Allaha yavaşca yanaşıb bu an

Onlardan birisi məşəli aldı,

Təmiz ürəkləri yandırıb-yaxan

Bu odu aparıb tez suya saldı.

Su qızdı, məlhəmə döndü büsbütün,

Çimib şəfa tapdı hər cür xəstələr.

Eşqin atəşindən qurtarmaq üçün

O nur qaynağında, yuyundum hədər.

Suda hünər hanı eşqi soyuda,

Eşq odu yandırır soyuq suyu da.
Hümbətova ülkərhas quoted5 months ago
Əvvəlki dahilər, hiss edir ürək,

Vurublar misə də qızıldan bəzək.
Xuraman Memmedovahas quoted2 years ago
Elədir”, “doğrudur” söyləsəm də mən,
Qəlbimdə dil açır bir hökmüranlıq.
Gözəldir, ucadır saysız tərifdən
Sevginlə yaranan dilsiz heyranlıq.
Xuraman Memmedovahas quoted2 years ago
O vaxt gözəlliyə yadmış saxta rəng,
İndi o yaşadır həmin zamanı.
Bahar oğurlamaz bahardan çiçək,
Yenilik qəsb etməz əvvəl olanı.
Xuraman Memmedovahas quoted4 months ago
. Şekspirin seçilmiş əsərlərinin birinci cildinə daxil edilmiş faciələrdən başqa müəllifin bir sıra digər əsərləri də dilimizə tərcümə olunmuşdur. Biz müqtədir yazıçımız Mirzə İbrahimovun tərcüməsində “Heç nədən hay-küy” komediyasını və Anarın ingiliscədən tərcüməsində “Fırtına” romantik pyesini
Xuraman Memmedovahas quoted4 months ago
Azərbaycan poeziyasında sonet janrına müraciət edən ilk şairimiz Mikayıl Müşfiq olmuşdur. O, 1928 — 37-ci illər arasında 12 sonet yazmışdır. Beləliklə, sonet janrının milli ədəbiyyatımıza “gəlişi” təxminən üç yüz əlli illik vaxt aparmışdır. Nisbətən sonralar yaşamış şair Əliağa Kürçaylının da qələmindən üç sonet çıxmışdır. Lakin nə M. Müşfıq, nə də Ə. Kürçaylı öz qələm məhsullarını sonet adlandırmamışdır.
Sonet janrının respublikamızda xüsusi cazibəsi keçən əsrin 50-ci illərinin ortalarından başlayır. 1955-ci ildə V. Şekspirin sonetləri tanınmış şair və mütərcim Tələt Əyyubovun tərcüməsində çapdan çıxmışdır.
Xuraman Memmedovahas quoted4 months ago
Sonet janrının XIV əsrin əvvəllərində İtaliyada yarand
Xuraman Memmedovahas quoted4 months ago
Eşqin məşəlini qoyub yanına
Bir gün eşq Allahı yenə yatırdı.
Bu vaxt ilahələr gəldi yan-yana,
Saflıq könül alıb, kədər satırdı.
Allaha yavaşca yanaşıb bu an
Onlardan birisi məşəli aldı,
Təmiz ürəkləri yandırıb-yaxan
Bu odu aparıb tez suya saldı.
Su qızdı, məlhəmə döndü büsbütün,
Çimib şəfa tapdı hər cür xəstələr.
Eşqin atəşindən qurtarmaq üçün
O nur qaynağında, yuyundum hədər.
Suda hünər hanı eşqi soyuda,
Eşq odu yandırır soyuq suyu da.
Xuraman Memmedovahas quoted4 months ago
Ülvi zinətini bütün aləmin
Təbiət əbədi veribdir sənə.
Bəs qəlbin necədir? Gözəl görkəmin
Gözəllikdən başqa əks etmir heç nə.
Hüsnün qəlbin kimi deyilsə əgər,
Həvvanın dərdiyi almaya bənzər.
Xuraman Memmedovahas quoted4 months ago
Bahar oğurlamaz bahardan çiçək,
Yenilik qəsb etməz əvvəl olanı.
Xuraman Memmedovahas quoted4 months ago
Ölüm istəyirəm, dözmürəm artıq,
Mən baxa bilmirəm bu puç varlığa.
Nuru pəncəsində boğur qaranlıq,
Rəzalət yetişir bəxtiyarlığa.
Şərəf dustaq olub şərəfsizliyə, Saflıq
dərd içində göynəyir, əsir.
Kütlük əqlə gülür, yalan düzlüyə,
Gücün qollarına vurulub zəncir.
Yumruqla tıxanır ilhamın ağzı,
Əl açıb dilənir mənlik, ləyaqət.
Nadanlıq geyinib müdrik libası,
Hər yerdə saxtalıq, hər yerdə zillət.
Xuraman Memmedovahas quoted4 months ago
Tunc, qranit, torpaq, hüdudsuz dəniz
Ömrü başa vurur vaxt yetən kimi.
Sənin gözəlliyin — gül qədər aciz,
Zaman qarşısında dura bilərmi?
Qaya da yarılır parçalanaraq,
Bir nişan qalmayır qızmar kürədən.
Zərif gözəlliyi necə qurtaraq
Bu çətin, çıxılmaz mühasirədən?
Harada bir yer tapaq, saxlayaq necə
Zamanın dürrünü zamandan xəlvət?
De, kim üstün gələr belə bir gücə,
Hanı o iqtidar, hanı o qüvvət?
Qorudu, bəlkə də, ömrün son günü
Qara mürəkkəbim günəş hüsnünü.
Xuraman Memmedovahas quoted4 months ago
Sahilə şütüyən dalğalar kimi,
Ötüşür sürətlə ömürdən anlar.
Tez-tez əvəz edib biri-birini,
Sona çatmaq üçün yarışır onlar.
Aypara can atır bədirlənməyə,
Aləmə nur saçır bütövlənəndə.
Kölgələr təzədən alır dövrəyə,
Kölgələr təzədən salır kəməndə.
Qəşəng çiçəkləri soyunub yelə,
Qəşəng alınlarda yer əkir zaman.
Gözəlliyə qənim kəsilir elə,
Dəryazı heç kimə verməyir aman.
Bir mənim şerimə toxuna bilməz,
Surətin nəğməmdə yaşayar, ölməz.
Xuraman Memmedovahas quoted4 months ago
Şahların surəti — mərmər heykəllər
Dözümdə şerimə bərabər olmaz.
Nəğməmdə qalarsan daim təzə-tər,
Daşlar toza dönər, tozdan ayrılmaz.
Döyüşlər dağıdar abidələri,
Qalmaz saraylardan bir iz, yadigar.
Hərbin alov saçan qanlı xəncəri
Sənin surətindən uzaq dolanar.
Ölümün gözünə dik baxa-baxa
Hər cür ədavəti keçib aşarsan,
Gələn nəsillərlə gedib sabaha
Bu dünya durduqca sən də yaşarsan.
Ta qiyamət günü çatana qədər
Mənim şerlərim seni hifz edər.
Hümbətova ülkərhas quoted5 months ago
ümumən bədbəxt olan cəmiyyətdə ayrı-ayrı fərdlərin xoşbəxtliyi mümkün deyildir.
fb2epub
Drag & drop your files (not more than 5 at once)