Umberto Eco

Sifir Sayi

Umberto Eko “Sıfır sayı” əsərində İtaliyanın son illərdəki tarixini gözdən keçirir. Bu əsərdə oxucular “Gladio” adlı gizli təşkilatdan, Roma papasının qətlə yetirilməsindən, hökumət çevrilişlərindən, terror təşkilatlarıyla xüsusi xidmət orqanları arasındakı müəmmalı əlaqələrdən xəbərdar olacaqlar. Umberto Eko bu əsərdə İtaliyanı idarə etmiş faşist hakimiyyətini dərindən araşdırır və mövzunu Mussolininin üzərində qurur. Yazıçı 1992-ci il İtaliyası ilə Mussolini İtaliyası arasında müqayisələr aparmaqla yanaşı, pis jurnalistliyin insanları necə bir fəlakətə sürükləyə biləcəyini də incə detallarla oxucuya izah edir. “Sıfır sayı” əsəri bir çox dolaşıq və müəmmalı hadisələri bir yerə toplayaraq İtaliyanın son əlliillik tarixi haqqında oxucuda fikir yaradır. Bu gün vicdanlı jurnalistliyin əhəmiyyətini dərk etmək istə­yənlər, xalqın xəbərləri olduğu kimi deyil, müəyyən adamların istədiyi kimi almasının bir ölkənin taleyini necə dəyişdirdiyini görmək istəyənlər Umberto Ekonun “Sıfır sayı” əsərini mütləq oxumalıdırlar.
177 printed pages
Copyright owner
Qanun Nəşriyyatı

Impressions

    Muhammed Damirovshared an impression2 years ago
    👍Worth reading
    🎯Worthwhile
    🚀Unputdownable

    Umberto Ecodan oxuduğum ilk roman. Beyendim.
    Esasen tarix heveskarlari üçün çox faydali, maraqli bir romandir. 📚

    b8895694578shared an impression2 years ago
    👍Worth reading

    əla

    Vusala Mammadovashared an impression2 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    💡Learnt A Lot
    🎯Worthwhile
    🚀Unputdownable

Quotes

    Vusala Mammadovahas quoted2 years ago
    Umberto Eko “Sıfır sayı” əsərində İtaliyanın son illərdəki tarixini gözdən keçirir. Bu əsərdə oxucular “Gladio” adlı gizli təşkilatdan, Roma papasının qətlə yetirilməsindən, hökumət çevrilişlərindən, terror təşkilatlarıyla xüsusi xidmət orqanları arasındakı müəmmalı əlaqələrdən xəbərdar olacaqlar. Umberto Eko bu əsərdə İtaliyanı idarə etmiş faşist hakimiyyətini dərindən araşdırır və mövzunu Mussolininin üzərində qurur.

    Yazıçı 1992-ci il İtaliyası ilə Mussolini İtaliyası arasında müqayisələr aparmaqla yanaşı, pis jurnalistliyin insanları necə bir fəlakətə sürükləyə biləcəyini də incə detallarla oxucuya izah edir. “Sıfır sayı” əsəri bir çox dolaşıq və müəmmalı hadisələri bir yerə toplayaraq İtaliyanın son əlliillik tarixi haqqında oxucuda fikir yaradır.

    Bu gün vicdanlı jurnalistliyin əhəmiyyətini dərk etmək istə­yənlər, xalqın xəbərləri olduğu kimi deyil, müəyyən adamların istədiyi kimi almasının bir ölkənin taleyini necə dəyişdirdiyini görmək istəyənlər Umberto Ekonun “Sıfır sayı” əsərini mütləq oxumalıdırlar.
    Vusala Mammadovahas quoted2 years ago
    Əgər çox şey tələb etməsən, həyata dözmək olar.
    Vusala Mammadovahas quoted2 years ago
    Günorta vaxtı bir sandviç yemək üçün kafeyə gedərkən ona dedim:

    – İstəyirsən, hər şeyin üstündən xətt çəkib, bu məsələni lazımi orqanlara xəbər verək və Simei ilə komandasını rüsvay edək?

    – Kimlərin yanına gedəcəksən? – Maya məndən soruşdu. – Birincisi, mənə görə özünü məhv etmə, ikincisi, yavaş-yavaş anladığıma görə, bütün qəzetlər eyni resept üzrə hazırlanırsa, kimdən kimə şikayət edəcəksən? Yeri gəldikdə onlar bir-birini müdafiə edirlər.

    – Sən də Braggadocio kimi hər yerdə məkrli planlar axtarma. Belə danışdığım üçün məni bağışla, çünki... – cümləmi necə bitirəcəyimi bilmirdim, – çünki səni sevirəm.

    – Bunu mənə ilk dəfə dediyini bilirsənmi?

    – Axmaqlıqdır, onsuz da eyni fikirdə deyilikmi?

    Amma bu həqiqət idi. Otuz ildən çox idi ki, heç kəsə belə sözlər deməmişdim. May ayı idi və mən otuz ildən sonra baharın gəlişini sümüklərimdə hiss edirdim.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)