Maksim Qorki

Uşaqlıq

Əsərdə balaca Alekseyin acınacaqlı taleyindən bəhs edilir. Ömründə ən ağır və məşəqqətli anlarla üzləşən Aleksey bütün bu məhrumiyyətlərə baxmayaraq, həyatın acısına tab gətirir. Maksim Qorki böyük sənətkarlıqla balaca Alekseyin dözümünü, mətanətini təsvir edir, eyni zamanda müxtəlif insan tiplərini bütün eybəcərlikləri ilə birlikdə Alekseyin gözünə açır, onun tədricən inkişafını göstərir. Böyük proletar ədibi A.M.Qorkinin ağır həyatı, onun yazdığı avtobioqrafik povestlərdə, — “Uşaqlıq”, “Özgə qapılarında” və “Mənim universitetlərim”, — öz bədii təsvirini tapmışdır.
283 printed pages
Copyright owner
Qanun Nəşriyyatı

Impressions

    M.Vəlizadəshared an impression3 years ago
    👍Worth reading
    🚀Unputdownable

    İlk dəfədir ki,Maksim Qorkidən əsər oxuyurdum. Çox bəyəndim. Faciələri bu qədər rahatlıqla,adi bir şeylərdən bəhs edər kimi yazmaq yazıçıdan böyük ustalıq tələb edir. Əslində çox dəhşətli hadisələr baş verir,amma yazıçı hər hadisəni əyləncəli tərəfdən göstərməyi bacarmışdır. Oxuduqca oxunan kitabdır. Hər dəfə səhifələri tez çevirmək istəyirsən ki,davamında nə olacaq görəsən. Məsləhətdir,oxumağa dəyər.

    b7374013668shared an impression10 months ago

    Mənə necə pulsuz oxuya biləcəyimi deyə bilərsiniz? Alınmır məndə.

    Fexri Hacizadeshared an impressionlast year
    👍Worth reading
    🎯Worthwhile

    Qorkinin oxuduğum ilk kitabi idi,kifayət qədər maraqli əsərdi.Qorki olmağinin səbəblərini burada tapmaq olur.

Quotes

    ahmedoffelvin99361has quoted6 years ago
    Anam qayışla məni döyür, lakin bu cəza məni daha artıq hiddətləndirir, bundan sonra küçədə uşaqlarla daha amansız vuruşurdum
    ahmedoffelvin99361has quoted6 years ago
    O, üzünün bütün qırışlarını ağzının yanında cəm edir, sonra bu qırışları gözlərinə tərəf qovaraq, razı olurdu:
    ahmedoffelvin99361has quoted6 years ago
    – Bəs o axmaq özü?
    – Özü isə sağ qaldı. Axmağa nə ayaq lazımdır, nə də əl, o öz gicliyi ilə də qarnını doydura bilər. Axmaq adamı hamı sevir, axmaqlıq ziyansız bir şeydir

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)