bookmate game
az
Conatan Svift

Quliverin səyahəti

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Macəra həvəsi ilə yola çıxan Lemyuel Qulliver gəmi qəzasından sonra cırtdan adamların ölkəsinə düşür. Burada o qonşu dövlətlə müharibə edən Liliputstanlılara kömək edir. Müharibədə məğlub olan tərəf Qulliverə nifrət edir və onu öldürməyi qərara alır. Qulliver bunu duyan kimi oradan uzaqlaşır.
Daha sonra o, nəhənglər diyarına düşür, hər an əzilmək, siçanlara yem olmaq təhlükəsi ilə üz-üzə qalan Qulliver buradan da qaça bilir.
Uçan adaya gəlib çıxanda isə özünü xilas olmuş zənn edən Qulliver, buradakı insanların da qəribə, cansıxıcı həyat sürdüklərinin şahidi olur. Uçan adanın sakinləri yalnız musiqi və riyaziyyatla maraqlanır, bədən ölçülərinə uyğun olmayan paltarlar geyinirlər. Onların ətraflarındakı hər şey tərsinədir. Vaxt keçdikcə Qulliver buradakı insanlardan da soyumağa başlayır. Kapitan Mendesin səbirli qərarları onu bu düşüncələrdən xilas edir.
Qulliverin başına gələn maraqlı, qorxulu və qəribə yumorla müşayiət olunan hadisələr sizi hər səhifədə həm əyləndirəcək, həm də düşündürəcək.

Öz zamanındakı İngiltərənin bütün nöqsanlarını qorxmadan açıb göstərən Conatan Svift (1667–1745) Dublində anadan olub, çox ağır və çətin bir həyat yaşayıb. Təsadüfi deyil ki, dahi yazarın məzar daşında bu sözlər yazılıb: “Burda ürəyi haqsızlıqlar qarşısında parça-parça olan biri uyuyur”.
Sviftin “Qulliverin səyahəti” romanı dünya ədəbiyyatının ən gözəl satirik əsərlərindən biridir. Əsər 1726-cı ildə yazılmasına baxmayaraq bu gün də aktualdır.
This book is currently unavailable
331 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Sabinashared an impression7 years ago

    Məktəb vaxti oxumuşdum.Macəra dolu bir əsərdi

  • Vusala Mammadovashared an impression8 years ago
    👍Worth reading
    🔮Hidden Depths
    💡Learnt A Lot
    🎯Worthwhile
    🌴Beach Bag Book
    🚀Unputdownable
    😄LOLZ
    🐼Fluffy

    Amma bəzi yerlərində sıxıldım, əsasən də atların olduğu hissə də

  • Nermin Husseinshared an impression8 years ago

    Hemise Muzede bir gece'ye baxanda bu vedbext yadima dusur

Quotes

  • muradrustemhas quoted8 years ago
    pozulmuş şüur, yırtıcı heyvan kütlüyündən daha pisdir
  • Shahin Valiyevhas quoted2 years ago
    Beləliklə, padşahlara göstərilən ən böyük xidmətlər də, onların nəzərində, tamahkarlıqlarına alət olmaqdan imtina etdikdə puç olurmuş.
  • Shamkhal Maharramovhas quoted7 years ago
    Macəra həvəsi ilə yola çıxan Lemyuel Qulliver gəmi qəzasından sonra cırtdan adamların ölkəsinə düşür. Burada o qonşu dövlətlə müharibə edən Liliputstanlılara kömək edir. Müharibədə məğlub olan tərəf Qulliverə nifrət edir və onu öldürməyi qərara alır. Qulliver bunu duyan kimi oradan uzaqlaşır.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)