bookmate game
Ilham Ismayil

KQB-MTN.Gorunen dagın beledchiliyi

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
KQB — MTN. Görünən dağın bələdçiliyi Kitab 1982–1996-cı illərdə SSRİ DTK və Azərbaycan Respublikası MTN-də işləmiş polkovnik-leytenant İlham İsmayılın xidmət etdiyi dövrdə şahidi olduğu mühüm ictimai-siyasi hadisələr, ölkəmizin həyatında xüsusi xidmət orqanlarının iştirakı və rolu haqqındadır. Müəllif xidməti fəaliyyəti zamanı konkret hadisələri, tarixi prosesləri qələmə alaraq keçdiyi yolun həm də ölkənin tarixinin bir parçası olduğunu göstərməyə çalışıb. Ölkənin xüsusi xidmət orqanları işçilərinin memuar yazması nadir hadisə olduğundan müəllif ümid edir ki, kitab oxucular tərəfindən maraqla qarşılanacaq.
This book is currently unavailable
240 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • b3146431368shared an impression2 years ago

    Biraz oxudum ödəniş istədi nece oxumağa davam edə bilərəm?

  • Rustam Agazadeshared an impression3 years ago

    KQB

  • Rovshan Cavadovshared an impression4 years ago
    👍Worth reading
    🔮Hidden Depths

    Tarix

Quotes

  • Vusala Mammadovahas quoted2 years ago
    Ertəsi gün Murovdağda gördüklərimi, vəziyyətin çətin olduğunu, fəlakət olacağını birbaşa telefonla nazirə dedim. İmranov: “Çətin olduğunu bilirik, amma addım atılıb, geri dura bilmərik”. Bəli, zamanında durdurulsaydı, bu qədər əsgər itkisi verməzdik. Murovdağda Kəlbəcər istiqamətində məğlub olan əsgərlərimiz düşmən gülləsindən çox so­yuq­dan, şaxtadan qırıldı. Bir neçə il sonra iki mindən çox əsgərin həlak olduğu, itkin düşdüyü barədə rəsmi sənəd­lər açıqlandı. Bizim bölmənin xadiməsinin oğlu da orda olmuşdu. Ayaqlarını don vurduğundan əməliyyatla ayaqlarının altını tamam götürmüşdülər. Onunla söhbət edəndə deyirdi ki, sağ qalmağına görə komandirinə borcludur. “Dağları aşdıqca dağ gəlirdi, taqətdən düşüb elə soyuqdaca yatmaq istəyəndə komandir bizi təpiklə vururdu, yatmayın, öləcəksiniz, bir azdan kəndə çatacağıq, deyirdi. Düz iki gün, iki gecə yol gələn əsgərlər Daşkəsənin hansısa kəndinə çatmışdılar. Ötən yay Daşkəsənin Zağalı kəndində olanda yerli adamlar Daşkəsənlə Kəlbəcərin arasındakı yerlərdə hələ də insan skeletlərinin qalıqlarına rast gəldiklərini söyləyirdilər.
  • Vilayət Seyidovhas quoted2 years ago
    Mən yuxuya gedib yüz ildən sonra ayılası olsam və məndən soruşsalar ki, Rusiyada nə baş verir, həmən cavab verərəm ki, yenə içirlər və talan edirlər
  • b6547418852has quoted2 years ago
    Saat altıdan sonra raykoma gəldim və təyinat vərəqəmi birinci katib Rüstəm Səfərəliyevə təqdim etməli olduğumu köməkçiyə dedim.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)