Xəyallarda yaşıyan bir oğlanın küçədə tanış olduğu qızı sevməsi ,sevdiyi qızın sevgilisi ilə barışdırmaq üçün məsləhətlər verməsi ,məktubu oğlana göndərməsi ,qızın yanında olması .Qızın sevgilisi gəlmədiyi üçün qız təkcə qalır ağlayır bu vaxt xəyallarda yaşıyan oğlan sevgisini etiraf edir .Qızla danışıb gələcək qurmaqlarını planlayırlar ,oğlan çox xoşbəxtdir və onda qızın sevgilisi gəlir qız heçnə fikirləşmədən sevgilisinin yanına gedir və oğlan orda sakitcə baxır .Səhər məktub gəlir "məni bağışla ,kaş sən onun yerinə olardın,məni bağışla .Əgər bağışlasan seni unutmayacam xəzinə kimi yaddaşımda saxlayacam "
..
Insan xarakterinin zəiflikləri,ziddiyyətləri o qədər çılpaqca,incəliklərinə kimi təsvir edilmişdir ki,sanki Vanyanın yerində özünü təsəvvür edirsən.Baş verən hadisələrin fonunda yeni nəyi isə axtarmaq ehtiyacı yaranır,Knyaz Valkovski başqa formada təsvir edilmiş olsaydı hadisələrin axarı necə dəyişərdi,ya İxmenev,ya da başqa birisi.Ancaq bütövlükdə kin,nifrət,inad,mərhəmətlilik-hamısı, bunlar insana məxsusdur,xarakter tək özünə deyil,ətrafında olanlara da təsirini edir.Atılmış olan yanlış addım birdən çox həyatın istiqamətini dəyişə bilir.Oxuyacağınız roman deyil,həyatın özüdür.Vanya-hər birimizik,qalanları da gündəlik rastlaşdığımız insanlar,sadəcə biz Dostoyevski kimi onu qələmə ala bilmirik.Ətrafımızda yüzlərlə alçaldılmış və təhqir edilmiş insanlar var,hər gün rastlaşırıq bu həyatlarla...