bookmate game
az

Onore de Balzak

    Ayaşhas quoted10 months ago
    Mən gecəni gündüzümə qatıb işləməyə hazıram, mən öz sərvətimlə yalnız öz zəhmətimə borclu olmaq istəyirəm.
    Ирина Осипенкоhas quotedlast year
    Yaxşı, razıyam, şampanın pulunu mən öz öhdəmə götürürəm.
    Ирина Осипенкоhas quotedlast year
    Kötük kimi nə dayanmısınız?
    Sevahas quoted4 months ago
    Sivilizasiyanın tərəqqisi öz hərəkəti etibarı ilə, Cagernaut bütü6 arabasının təkərinə bənzər, bu təkər gəlib başqa insanların qəlbi kimi o qədər də kövrək olmayan bir insan qəlbini tapdayanda, toxunar-toxunmaz onu qəhr edər və yenə də öz şərəfli yoluna davam edər.
    Sevahas quoted4 months ago
    bu o qədər həqiqi bir hekayədir ki, hər kəs bunun rüşeymini özündə, bəlkə də, öz qəlbində tapacaqdır.
    Sevahas quoted4 months ago
    Kim söyləyə bilər ki, hansı daha dəhşətlidir: daş ürəklərimi seyr etmək, yoxsa boş kəllələri?
    Sevahas quoted4 months ago
    Cənab Voke onunla pis rəftar etmişdi, yalnız ağlamaq üçün göz, yaşayıb dolanmaq üçün ev, bir də heç kəsin dərdinə və fəlakətinə mərhəmət bəsləmək haqqını qoyub getmişdi; madam Vokenin sözlərindən belə məlum olurdu ki, insanın dözə biləcəyi hər dərdə dözmüş, hər fəlakətin üzünü görmüşdü.
    Sevahas quoted4 months ago
    Görəsən, bu məxluqun qadın cizgilərini hansı bir turşu zəhərləmişdir? Günahmı, fəlakətmi, yoxsa xəsislikmi? Bəlkə bu qadın məhəbbət nəşələrindən sui-istifadə etmiş, bəlkə köhnə paltar alıb-satmaqla məşğul olmuş, bəlkə də, sadəcə bir kurtizanka olmuşdur? Bəlkə də nəşələri sel kimi özünə cəlb edən küstax gəncliyin zəfərlərini o, yolçuları belə özündən qaçmağa məcbur edən qocalığı ilə bağışlatmağa çalışırdı? İndi onun boş və mənasız baxışlarından soyuqluq yağır, görkəmsiz simasında hədə-qorxu hiss olunurdu. Onun incə səsi qış ərəfəsində kol-kos arasında gizlənmiş cırcıramanın cırıltısına bənzəyirdi.
    Sevahas quoted4 months ago
    Bəzəkli, dəbdəbəli Paris bu mənəvi, yaxud cismani iztirablardan üzü saralmış insanları tanımır. Lakin Paris həqiqətən okeana oxşayır. Bu okeana lot ata bilərsiniz, lakin onun dərinliyini müəyyənləşdirə bilməzsiniz.
    Sevahas quoted4 months ago
    qadının gözəlliyi bəzəkdə olduğu kimi, şeriyyəti də onun ruhi qidasındadır.
fb2epub
Drag & drop your files (not more than 5 at once)