Burada çox şey çatışmır, olduqca çox şey. Bunu mənim kimi sən də hiss edirsən. Maddi ehtiyacları nəzərdə tutmuram – bu mənada, lazım olan hər şeyimiz var. Yox, mən qəlbimizdə olanlardan danışıram. Sənin kimi, mən də azadlıq və hava arzusundayam, ancaq mən inanıram ki, məhrumiyyətlərə görə mükafatlandırılacağıq. Mənən mükafatlandırılacağıq.
Bu gün səhər mən pəncərədən baxanda özümü Tanrı və təbiətlə baş-başa hiss edirdim və olduqca xoşbəxt idim. Peter, hələ ki sən hiss edir və düşünürsən, hələ ki təbiətə, sağlamlığa, həyatın özünə sevinə bilirsən. Sən xoşbəxt ola bilərsən.
Var-dövləti, şöhrəti itirmək olar, ancaq daxili sevinc səni bir müddətə tərk etsə də, həmişə qayıdır.
Özünü qəmgin, tənha hiss edirsənsə, yaxşı havada mansardaya çıx və pəncərədən evlərə, damlara, səmaya bax. Nə qədər ki səmaya rahat baxa bilirsən və nə qədər ki qəlbin təmizdir, xoşbəxtlik mümkündür.