— Qürur, — həmişə mühakimələrinin dərinliyi ilə fərqlənən Meri müdaxilə etdi, — mənə kifayət qədər geniş yayılmış çatışmazlıq kimi görünür. Oxuduğum bütün kitablarda deyilir ki, insan təbiəti ona çox həssasdır. Aramızda çox az insan öz qəlbində xasiyyətinin həqiqi və ya uydurma cizgisi ilə bağlı olan mənəm-mənəmlik hissini bəsləmir. Qürur və qürrə tez-tez sinonim kimi işlədilsə də, müxtəlif şeylərdir. İnsan qürurlu olar, amma qürrələnməyə bilər. Qürur daha çox bizim özümüz barədə qənaətimizlə bağlıdır, qürrə isə başqa insanların bizim barəmizdə yaratmaqlarını istədiyimiz rəydir.