an çox şeyi bilmədiyimi düşündüm və bu, sadəcə, qaçışa hazırlıqla bağlı deyildi. Mən indiyə qədər dünyada hər şeyin bu qədər qarşılıqlı əlaqədə olduğu barədə düşünməmişdim və bu təkcə bürclərə aid deyildi. İnsan məxluqu, sadəcə, hansısa daha böyük məfhumun bir hissəsidir. Məsələn, addımlayarkən bir böcəyi tapdalaya bilərik, ya da hava axınının istiqamətini dəyişərək milçəyi özbaşına heç vaxt gedib düşə bilməyəcəyi bir yerə uçura bilərik. Əgər bu misallardan çıxış etsək, ancaq həşəratların rolunda özümüzü, özümüzün rolunda dünyanı təsəvvür etsək, aydın olar ki, hər gün bizə müxtəlif qüvvələr təsir edir. Və o zavallı böcək bizim nəhəng addımımıza qarşı necə nəsə edə bilmədiyi kimi, biz də eyni dərəcədə bu qüvvələrə qarşı müqavimət göstərə bilmirik. Nə edə bilərik? Biz dünyanın ətrafımızdakı hərəkətini anlamaqdan ötrü bizə məlum olan üsullardan istifadə etməliyik, işimizi elə qurmalıyıq ki, onunla qarşı-qarşıya gəlməyək, eyni istiqamətdə hərəkət edək.